Qələbədən sonra ilk gün: Dağılmış şəhər, ac əhali, məğlub paytaxt FOTOLARDA

Qələbədən sonra ilk gün: Dağılmış şəhər, ac əhali, məğlub paytaxt FOTOLARDA

Mayın 9-da faşizim üzərində Qələbə Günü qeyd edilir.

79 il əvvəl bu gündə, Berlinətrafı Karlşorstda Almaniyanın qeyd-şərtsiz təslim olması haqqında Aktın imzalanmasından sonra müharibə başa çatdı. 

“Cebhe.info” Üçüncü Reyxin keçmiş paytaxtının müharibədən sonrakı ilk dinc gününə dair məlumatları və fotoları paylaşır.

1945-ci ilin mayında faşist Almaniyasının təslim olmasından sonra Berlin xarabalığa çevrildi. Böyük dağıntılara baxmayaraq, Üçüncü Reyxin məğlub paytaxtı sovet əsgər və zabitlərində güclü təəssürat yaratdı. Tam hərbi senzura şəraitində fotoşəkil çəkməyə qadağa qoyulsa da, Qırmızı Ordunun əsgərləri və komandirləri boş vaxtlarını şəhər ətrafında ekspromt foto ekskursiyalarda keçirirdilr.

Fotolarda Hitler Reyx kansleri, Muzey adasındakı Milli Muzey və Berlin Katedrali, Qələbə Sütunu və Böyük Ulduz meydanındakı Bismark abidəsi, Kayzer Vilhelmin abidəsi, Reyxstaq binası görünür.

Bu yaxınlarda fotoqraf Artur Bondar bu foto ekskursiyalardan birindən bir neçə fotoşəkil əldə edib.

Bu fotoşəkillərin müəllifi leytenant Rusanovdur. Peşəkarlar deyirlər ki, Almaniya optikasının və foto kağızının əla keyfiyyəti sayəsində bütün fotoşəkillər mükəmməl təsvir detallarını saxlayır. Fotoşəkilləri çap etməzdən əvvəl Rusanov neqativlərin üzərinə səliqəli xəttatlıq dəsti ilə imzalar yazıb: sol alt küncdə çəkiliş yeri və tarixi, aşağı sağda isə imzası “Fototexnika, leytenant Rusanova” yazılıb. 

Reyxstaqın damından çəkilmiş fotoda isə belə bir başlıq var: “10 iyun 1945-ci ildə Berlinə ekskursiya” 

Rusanovun Reyxstaqın damından çəkdiyi panorama şəhərin son şiddətli hücumdan sonra dəhşətli dağıntılarını göstərir.

Sovet hərbçiləri bahalı malların əksəriyyətini çoxsaylı “bit bazarları”ndan və “qara bazar”lardan alırdılar. Orada ac almanlar sağ qalmaq üçün satıla biləcək hər şeyi satırdılar.

O dövrdə Berlində ən populyar məhsul ucuz qol saatları idi. Çox vaxt sovet əsgərləri onları amerikalı həmkarlarından inanılmaz pula - 500-1000 ABŞ dollarına alırdılar, halbuki ki, onlar əslində dörd-beş dollara başa gəlirdi. 

Xəzər
“Cebhe.info”