“Tripadvisor” Bakını trend məkanlar siyahısına əlavə edib

“Tripadvisor” Bakını trend məkanlar siyahısına əlavə edib

Tanınmış səyahət platforması “Tripadvisor” Bakını səyahət üçün üstünlük verilən trend məkanlar siyahısına əlavə edib.

Bu barədə Cebhe.info-ya Dövlət Turizm Agentliyindən bildirilib.

Məlumata görə, siyahı 2022-ci il ərzində sayt istifadəçilərinin axtarış və maraqlarına əsaslanır.

Belə ki, platformanın veb-saytındakı “Dünya üzrə trend məkanlar” bölməsində 25 fərqli ölkənin şəhərləri qeyd olunub. Siyahıda Azərbaycan 8-ci yerdə qərarlaşır. (https://bit.ly/3MnrXkn)

İlk onluqda 2021-ci illə müqayisədə 2022-ci ildə ən çox axtarış edilən ölkələr yer alıb.

“Tripadvisor” turistlər üçün maraqlı məkanları, ən yaxşı hotelləri, yemək üçün uyğun yerləri tövsiyə edir. Hər ay 463 milyon səyahətçiyə xidmət göstərən platformada ziyarətçilər məkanlarla bağlı istifadəçi şərhlərini oxuya və tövsiyələrə uyğun seçimlərini edə bilirlər. Veb-saytda 8,6 milyon yerləşmə vasitəsi, restoran, hava yolları və gəmi səyahəti haqqında 859 milyondan çox istifadəçi rəyi mövcuddur.

Cebhe.info