İnsanı qocalmağa qoymayan məhsul tapılıb: Hər evdə var

İnsanı qocalmağa qoymayan məhsul tapılıb: Hər evdə var

Həzmi yaxşılaşdıran və qocalmanı ləngidə bilən məhsul tapılıb. Alimlər çoxlarının tez-tez qəlyanaltı kimi istifadə etdiyi zərərli şirniyyatlara dadlı və sağlam alternativ tapıblar.

"Cebhe.info" xəbər verir ki, mütəxəssislərin rəyini "Championat.com" portalı təqdim edir.

Nəşrin məlumatına görə, xurma sağlamlıq üçün çox faydalıdır. Birincisi, onlar həzmi normallaşdırırlar, çünki maddələr mübadiləsini stimullaşdıran liflə zəngindirlər. Xurma həm də enerji verir, qanda şəkərin səviyyəsini sabit saxlayır və yemək istəyinin qarşısını alır. Bu məhsulda dəri sağlamlığına faydalı təsir göstərən A vitamini və qocalmanı ləngidən karotenoidlər də var.

"Xurmanı səhər yemək xüsusilə təsirlidir, onu müsli və ya sıyığa əlavə edin", -deyə alimlər qeyd edirlər. Eyni zamanda, onlar xəbərdarlıq edirlər ki, xurma kifayət qədər yüksək kalorilidir, ona görə də ehtiyatlı olmalısınız.

Xəzər

"Cebhe.info"