Yevlaxda avtomobil aşıb

Yevlaxda avtomobil aşıb

Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un məlumatına görə, minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində, Bərdə rayon sakini, 1991-ci il təvəllüdlü Habil İsmayılov aldığı xəsarətlərdən dünyasını dəyişib.

Avtomobildə olan daha 1 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

"Cebhe.info"