Erməni keşiş Paşinyanı tövbəyə çağırıb
Arxiyepiskop Baqrat Qalstanyan Ermənistan hakimiyyətinə müraciət edib.
“Cebhe.info” xəbər verir ki, o, müraciətinizdə “Sizə öz dilinizdə deyirəm, özünüzü yaxşı aparın, tövbə edin”,-deyib.
Özünü “Vətən üçün Tavuş” hərəkatının lideri adlandəran arxiyepiskop Baqrat Qalstanyan deyib
ki, altı il ərzində insanlar düşmənə çevrilib, nifrət artıb, dəyərlər bir kənara atılıb.
“Mən sizin dilinizdə danışıram: özünüzü yaxşı aparın, sadəcə yaxşı davranın, tövbə edin, bütün günahlardan üz döndərin”, - deyə arxiyepiskop səlahiyyətlilərə müraciət edib.
Xəzər
“Cebhe.info”