Türkiyədə ağır yol qəzası olub

Türkiyədə ağır yol qəzası olub

Türkiyənin Kayseri şəhərinin Kocasinan rayonunda ağır yol qəzası olub.

Bu barədə “Report” “Haber Global”a istinadən xəbər verir.

Məlumata görə, gecə saatlarında minik avtomobili ilə xidməti mikroavtobus toqquşub. Qəza zamanı mikroavtobusda olan 8 nəfər, minik avtomobilinin isə 3 sərnişini olmaqla 11 nəfər xəsarət alıb.

Hadisə yerinə polis və təcili yardım cəlb edilib.

Yaralılar ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanalara çatdırılıb.

Araşdırma aparılır.

"Cebhe.info"