Zaxarova: “NATO qoşunlarını münaqişəyə hazırlayır” 

Zaxarova: “NATO qoşunlarını münaqişəyə hazırlayır” 

“Qərbdə anti-Rusiya isteriyası güclənir.NATO ölkələri Rusiya ordusu ilə potensial münaqişəyə hazırlaşmaq üçün “Sabit Müdafiəçi” təliminə başlayıb”. 

“Cebhe.info” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
 
Zaxarova əlavə edib ki, təlimlərdə adi və hibrid silahlardan istifadə edilir.

“Etiraf etməliyik ki, NATO bizimlə potensial münaqişəyə ciddi hazırlaşır”, - XİN sözçüsü vurğulayıb.

O, həmçinin Qərb ölkələrini Avropanın militarizasiyasına haqq qazandırmaq üçün yanlış məlumat yaymaqda, anti-Rusiya isteriyasının dərəcəsini artırmaqda ittiham edib. Zaxarovanın sözlərinə görə, NATO Rusiyaya qarşı hibrid müharibəyə başlayıb.

Zaxarova bu şərhi NATO ölkələrinin Rusiya Federasiyasının təxribat, dezinformasiya kampaniyaları və kiber təhdidlərə əl atdığına dair bəyanatından sonra verib.

Avropada adı çəkilən “Staadfast Defender” təlimləri yanvar ayından başlayıb. Onda NATO ölkələrinin 90 min hərbçisi iştirak edir. Təlim may ayının sonuna kimi davam edəcək.

Xəzər
“Cebhe.info”