Vəliəhdə sui-qəsd: Onlarla mühafizəçi həlak oldu

Vəliəhdə sui-qəsd: Onlarla mühafizəçi həlak oldu

Səudiyyə Ərəbistanında bu ölkənin vəliəhd şahzadəsi Məhəmməd bin Salman əl-Səuda sui-qəsdə cəhd edilib.

“Cebhe.info” xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Ciddə şəhərində Səudiyyə Ərəbistanı Kral Qvardiyasının karvanında olan avtomobillərdən biri partladılıb. Sui-qəsd nəticəsində Məhəmməd ibn Salmanın özü xəsarət almasa da, çoxlu mühafizəçi həlak olub.

Qəzet iddia edir ki, Səudiyyə Ərəbistanı kralının varisinə qarşı sui-qəsdin arxasında Səudiyyə şahzadələrindən biri dayanır. Polisin hücumçunu saxlaya bildiyi məlum olub.

Lakin Səudiyyə Ərəbistanında Məhəmməd bin Salmana sui-qəsd faktı hələ ki, rəsmi təsdiqini tapmayıb.

Məhəmməd bin Salman 2017-ci il iyunun 21-dən indiki kral Salman bin Əbdüləziz Əl Səudun oğlu Səudiyyə Ərəbistanının vəliəhdidir. O, kral məhkəməsinin rəhbəri, ölkənin iqtisadi işlər və inkişafı şurasının sədri, həmçinin Səudiyyə Ərəbistanının Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin rəhbəridir. 2018-ci ilin may ayında Forbes jurnalı onu dünyanın ən nüfuzlu adamları siyahısında səkkizinci yeri tutub.

Xəzər

“Cebhe.info”