YAP sabah seçkiyə görə TOPLAŞIR

YAP sabah seçkiyə görə TOPLAŞIR

Sabah Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçiriləcək.

"Cebhe.info" xəbər verir ki, iclasda növbədənkənar parlament seçkiləri ilə bağlı cari məsələlər müzakirə ediləcək.

İclasda YAP-ın Mərkəzi Seçki Qərargahı yaradılacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

"Cebhe.info"