Azərbaycanda məktəblinin mübahisədən sonra ölməsi ilə bağlı rəsmi açıqlama

Azərbaycanda məktəblinin mübahisədən sonra ölməsi ilə bağlı rəsmi açıqlama

Tərtərdə məktəblilər arasında baş verən dava nəticəsində onlardan biri həyatını itirib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, faktla bağlı cinayət işi açılıb:

“Mayın 6-da Tərtər rayonu ərazisində iki məktəbli arasında baş vermiş mübahisədən qısa müddət sonra onlardan birinin huşunu itirməsi və aparıldığı xəstəxanada ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb, hazırda ibtidai istintaq aparılır”.

10:22

Tərtərdə iki məktəbli arasında düşən dava onlardan birinin ölümü ilə nəticlənib.

APA xəbər verir ki, hadisə Tərtər şəhər 2 saylı məktəbin qarşısında qeydə alınıb.

9-cu sinif şagirdləri arasında düşən mübahisə zamanı biri digərinə yumruqla xəsarət yetirib. Xəsarət alan şəxs Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

"Cebhe.info"