Lökbatanda müəmma: Qəsəbənin 3 gənc sakini bir gecədə öldü - FOTO

Lökbatanda müəmma: Qəsəbənin 3 gənc sakini bir gecədə öldü - FOTO

Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsində 27 yaşlı gənc qəfil vəfat edib.

"Cebhe.info" Publika.az-a istinadən xəbər verir ki, Əliyev İbrahim Sahib oğlu mayın 6-na keçən gecə özünü pis hiss edib və az sonra dünyasını dəyişib.

Onun ölüm səbəbi hələ məlum deyil.

Qeyd edək ki, İbrahim Əliyev tanınmış ilahiyyatçı Hacı Ramil Bədəlovun tələbəsi olub.

Onu da qeyd edək ki, mayın 6-na keçən gecə Bakıda hoteldə zəhərlənərək vəfat edən 2 gənc də Lökbatan qəsəbə sakini olub.

"Cebhe.info"