Acun Ilıcalının sahibi olduğu klubun baş məşqçisi qovulub
Türkiyəli iş adamı Acun Ilıcalının sahibi olduğu İngiltərənin Çempionşip təmsilçisi "Hall Siti" baş məşqçisi Liam Rosenyorla yollarını ayırıb.
Son olaraq 46-cı turda "Plimut"a səfərdə məğlub olan (0:1) "pələnglər" 39 yaşlı mütəxəssisi istefaya göndəriblər.
Mövsümü 70 xalla 7-ci pillədə başa vuran komanda pley-offdan kənarda qalıb.
Qeyd edək ki, L.Rosenyor 2022-ci ildən "Hall Siti"yə başçılıq edirdi.
"Cebhe.info"