AVRO-2024: Niderland Rumıniyanı böyük hesabla məğlub edib - YENİLƏNİB - 5

AVRO-2024: Niderland Rumıniyanı böyük hesabla məğlub edib - YENİLƏNİB - 5

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Rumıniya və Niderland yığmaları arasında 1/8 final görüşü başa çatıb.

"Report" xəbər verir ki, Münhendəki "Alyans Arena"da keçirilən matç "narıncılar"ın böyükhesablı qələbəsi ilə yekunlaşıb - 2:0.

Görüşdə hesabı 20-ci dəqiqədə Qodi Qakpo açıb. 83 və 90+3-cü dəqiqələrdə fərqlənməklə dubl edən Doniell Malen isə matçın son nəticəsini təyin edib.

1/4 finala yüksən Niderland yığmasının rəqibi Avstriya - Türkiyə matçının qalibi olacaq.

***

21:43

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Rumıniya və Niderland yığmaları arasında 1/8 final görüşündə ikinci qol vurulub.

"Report" xəbər verir ki, "narıncılar" üstünlüklərini bir qədər də möhkəmləndiriblər. - 2:0.

83-cü dəqiqədə Doniell Malen fərqlənib.

***

21:06

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Rumıniya və Niderland yığmaları arasında 1/8 final görüşündə ikinci hissə başlayıb.

"Report" xəbər verir ki, hazırda "narıncılar" 1:0 hesabı ilə öndədirlər.

20-ci dəqiqədə Qodi Qakpo dəqiq zərbənin müəllifi olub.

***

20:49

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Rumıniya və Niderland yığmaları arasında 1/8 final görüşündə ilk hissə başa çatıb.

"Report" xəbər verir ki, "narıncılar" fasiləyə 1:0 hesablı üstünlüklə yollanıblar.

20-ci dəqiqədə Qodi Qakpo dəqiq zərbənin müəllifi olub.

***

20:21

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Rumıniya və Niderland yığmaları arasında 1/8 final görüşündə hesab açılıb.

"Report" xəbər verir ki, "narıncılar" 20-ci dəqiqədə hesabda önə çıxıblar.

Qodi Qakpo dəqiq zərbənin müəllifi olub.

***

20:00

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Rumıniya və Niderland yığmaları arasında 1/8 final görüşü başlayıb.

"Report" xəbər verir ki, qarşılaşma Münhendəki "Alyans Arena"da keçirilir.

Görüşü almaniyalı baş hakim Feliks Şvayer idarə edir.

"Cebhe.info"