Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub

Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova növbəti dəfə Macarıstan çempionu olub.

Blokçunun komandası “Vaşaş” final mərhələsində KNRC klubunu üstələyib.

Hər üç görüşdə qələbə qazanan “Vaşaş” qızıl medallara sahib çıxıb. Abduləzimova son matçda 12 xal toplayıb.

Qeyd edək ki, Ayşən Abduləzimova bu il həm də Macarıstan Kubokunun qalibi olub.

"Cebhe.info"