Çempionlar Liqasında ilk yarımfinalçı müəyyənləşəcək

Çempionlar Liqasında ilk yarımfinalçı müəyyənləşəcək

Bu gün UEFA Çempionlar Liqasında ilk finalçı müəyyənləşəcək.

"Cebhe.info" xəbər verir ki, yarımfinalın ilk cavab oyununda "Borrusiya" (Dortmund, Almaniya) PSJ (Fransa) ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə 23:00-da başlayacaq. İlk matç Almaniya klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, yarımfinalın digər cavab oyunu sabah "Real" (Madrid, İspaniya) - "Bavariya" (Almaniya) arasında baş tutacaq. İlk oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Naibə

"Cebhe.info"