Qəbələdə insident: AFFA nümayəndəsi aranı qatdı - klub rəsmisi araya girdi - VİDEO

Qəbələdə insident: AFFA nümayəndəsi aranı qatdı - klub rəsmisi araya girdi - VİDEO

Premyer Liqanın 32-ci turu çərçivəsində keçirilən "Qəbələ" - "Kəpəz" oyununda insident yaşanıb.

Qarşılaşmanın 25-ci dəqiqəsinə təsadüf edən hadisə yerli azarkeşlərlə AFFA nümayəndəsi Yavər Rəhimov arasında yaşanıb.

Azmedia.Az sportinfo.az-a istinadən xəbər verir ki, federasiya rəsmisi tribunalar önünə gəlib, öncə azarkeşlərin hakimlərə etiraz etməsinə narazılıq bildirib, davamında onlardan sakit olmalarını tələb edib.

Rəhimovun hərəkətləri fanatları özündən çıxarıb.

Tərəflər arasında böyüyən gərginliyi görüncə komandanın koordinatoru Səbuhi Qarayev məsələyə müdaxilə edib.

Yalnız bundan sonra ara sakitləşib, AFFA nümayəndəsinə etiraz olaraq tribunanı tərk etmək istəyən azarkeşlər yerinə qayıdıb.

Həmin anlara aşağıdakı linkdə baxa bilərsiniz:

"Cebhe.info"