Samir Abasovla Xavi arasında maraqlı dialoq - VİDEO

Samir Abasovla Xavi arasında maraqlı dialoq - VİDEO

Xəbər verdiyimiz kimi, “Sumqayıt”ın baş məşqçisi Samir Abasov Barselonanın düşərgəsində təcrübə keçir.

“Cebhe.info” xəbər verir ki, katalon klubunun baş məşqçisi Xavi Hernandez ilə görüşüb.

Görüş zamanı maraqlı dialoq yaşanıb.

Xavi Samir Abasovdan haradan olduğunu soruşub. Samir Abbasov Azərbaycandan olduğunu dedikdən sonra Xavi 2009-cu ildə millimizə qarşı keçirdikləri oyunu xatırlayıb.

Xavi həmin oyunun hesabını soruşduqda Abasov gülərək məşqçidən bu sualı soruşmamasını bildirib.

"Cebhe.info"