Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib

Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib

Alimlər bir gündə Günəşdə ikinci ən yüksək dərəcəli “X” sinifli alovlanma qeydə alıblar.

Bu barədə TASS-a Tətbiqi Geofizika İnstitutundan (IPG) məlumat verilib.

“Mayın 11-də Moskva vaxtı ilə saat 14:44-də (Bakı vaxtı ilə 15:44 – red.) 3664 (S18W60) ləkələr qrupunda rentgen diapazonunda 46 dəqiqə davam edən X1.5 alovlanması aşkar edilib. Alovlanma QD-radiorabitəsinin (qısa dalğa – red.) pozulması ilə müşayiət olunub”, – məlumatda diqqətə çatdırılıb.

Ümumilikdə, son iki həftə ərzində ən yüksək X sinifinin 12 alovlanması baş verib.

"Cebhe.info"