UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib

UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib

Bu gün UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib.

"Cebhe.info"nun məlumatına görə, yarımfinal mərhələsinin cavab matçında İtaliyanın "Fiorentina" klubu Belçikada "Brügge"nin qonağı olub.

Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. Florensiya təmsilçisinin ilk görüşdə qazandığı qələbə (3:2) onları finala yüksəldib.

Bu raundun digər cavab matçı mayın 9-da olacaq. "Olimpiakos" Yunanıstanda İngiltərənin "Aston Villa" komandasını qəbul edəcək. Afina klubu səfərdə rəqibinə qalib gəlib - 4:2.

"Cebhe.info"