650 tonluq qatarı çəkdi - Dünya rekordunu qırdı

650 tonluq qatarı çəkdi - Dünya rekordunu qırdı

Rusiyalı idmançı Denis Vovk  Sankt-Peterburqdakı vağzalda 650 tonluq qatarı 37 saniyəyə 1,48 metr dartaraq dünya rekordu qırıb.

"Cebhe.info" xarici mediaya istinadən məlumatına görə, əvvəllər 650 tonluq qatarı yarım metr irəli aparan Vovk bu dəfə eyni qatarı 37 saniyəyə 1,48 metr çəkməyi bacarıb.

Vovkun xüsusi hazırlanmış kəndirlər və relslər arasına yerləşdirilən mexanizm vasitəsilə qatarı çəkərək rekord qırdığı anları performans təlimçiləri və jurnalistlər də izləyiblər.

Rusiya rəsmiləri qeyd ediblər ki, rekordun qeydiyyatı üçün bütün şəkilləri və sənədləri “Ginnesin Rekordlar Kitabı” nümayəndələrinə göndərəcəklər.

Rusiya Dəmir Yolu Şirkətinin yayımladığı kadrlarda rekord cəhd üçün stansiyada olan insanların qatarı çəkməkdə çətinlik çəkən Vovka motivasiyaedici sözlər dedikləri görülüb.

Vovk növbəti məqsədinin sualtı qayıq çəkmək olduğunu açıqlayıb.

Nigar Hacılı 
"Cebhe.info"