Ölümcül xəstəliklərdən kim daha çox əziyyət çəkir: Qadınlar, yoxsa kişilər?

Ölümcül xəstəliklərdən kim daha çox əziyyət çəkir: Qadınlar, yoxsa kişilər?

Alimlər belə nəticəyə gəliblər ki, qadınlar xroniki xəstəliklərdən, kişilər isə kəskin və ölümcül xəstəliklərdən daha çox əziyyət çəkirlər.

“Cebhe.info” bu barədə “The Lancet”-də dərc olunan araşdırmaya əsasən bildirir. Belə ki, alimlər 1990-cı ildən 2021-ci ilə qədər müxtəlif ölkələr üzrə xəstəlik statistikasını öyrəniblər. Məlum olub ki, bəzi xəstəliklər cinslərdən birində o birinə nisbətən daha çox rast gəlinir.

Məlum olub ki, qadınlar kişilərdən daha çox psixi xəstəliklərdən, o cümlədən depressiyadan, dayaq-hərəkət sistemi xəstəliklərindən əziyyət çəkirlər. Bundan əlavə, zərif cinsin nümayəndələri baş ağrısı və demensiyaya daha çox həssasdırlar. Bu arada kişilərə daha çox ürək-damar xəstəliyi və obstruktiv ağciyər xəstəliyi diaqnozu qoyulur.

Rusiyalı endokrinoloq Zöhrə Pavlova öz “Telegram” kanalında bildirib ki, müəlliflər bu araşdırma ilə müəyyən xəstəliklərin qarşısının alınmasına kifayət qədər diqqət yetirilmədiyini göstərmək istəyiblər. Həkim qeyd edib ki, sağlamlığınıza nəzarət etmək və sağlamlığınızdakı dəyişikliklərə məhəl qoymamaq vacibdir. Bununla bağlı Pavlova rusiyalıları mütəmadi olaraq tibbi müayinədən keçməyə çağırıb.

Xəzər
“Cebhe.info”