Cavanşir Məmmədovun sonuncu müsahibəsi: Ölümündən əvvəl

Cavanşir Məmmədovun sonuncu müsahibəsi: Ölümündən əvvəl

"O üz" proqramında Əməkdar artist Cavanşir Məmmədovun sonuncu müsahibəsi yayımlanıb. 

Axşam.az xəbər verir ki, müğənni mərhum Xalq artisti Aftandil İsrafilova həsr edilən verilişə açıqlama verib. Bildirilib ki, C.Məmmədov açıqlamanı ölümündən bir neçə gün əvvəl verib və izləyə bilməyib. 

C.Məmmədov müsahibəsində "Qarmon ifaçısı kimi Aftandil İsrafilovun evində dərs dediyi yeganə tələbəsi mən və qardaşı olub. Qalanları qiyabi tələbə idi. Məni oxuyanlar oxuyan edib. Xan əmidən başqa hamını müşayiət etmişəm. Əhsən Dadaşovla ansmablda işləyən vaxtlar Zeynəb Xanlarova məni dəvət etdi" deyə, bildirib.

C.Məmmədov müsahibəsində bildirib ki, qarmon ifaçıları A.İsrafilovun çörəyini yeyir:

"Aftandil İsrafilov elə oturub qarmon ifa edirdi ki, 50 saat çalsa da, yorulmurdu. Deyirdilər, Aftandil yorulmur? O, elə otururdu ki, yorulmazdı. Qarmonun başına nə oyun açsanız da, Aftandirl olmayacaqsınız. Özünüz bir musiqi yazmısınız? Yox... Bu kişinin ifa etdiyini, yazıb qoyduğunu ifa edirsiniz adını çəkmirsiniz. Biz bu gün Aftandilin çörəyini yeyirik. Aftandilin bildiklərini bilə bilərsiniz.

Evimdə 3 qarmonum var. Birini verərdim, Aftandilin yanında basdırardılar ki, onunla da qarmon rəhmətə getdi".

"Cebhe.info"