Səidədən Aygün Bəyləri təhqir edən Ləmana cavab

Səidədən Aygün Bəyləri təhqir edən Ləmana cavab

Tiktoker Ləman Vəliyeva mərhum Əməkdar artist Aygün Bəyləri təhqir edib.

Axşam.az-ın məlumatına görə, bununla bağlı paylaşım edənlər arasında müğənni Səidə Sultan da yer alıb. Səidə bildirib ki, tiktoker bu sözlərlə Azərbaycan musiqisini təhqir edib:

"Gərək belə məqamlarda Azərbaycan musiqisini təhqir edənlərin cavabını verək. Çünki Aygün Bəylər Azərbaycan musiqisinin incilərindən biridir. Sən Aygün Bəyləri təhqir etməklə musiqimizi təhqir etmiş oldun. Hər kəs yerini bilsin. Lazım gələndə bir olub böyük sənətkarlara tərbiyəsizlik edənləri susdurmağa da hazırıq".

Qeyd edək ki, "Biri var, Aygün Kazımovaya udursan, biri də var Aygün Bəylərə uduzursan" deyən, Ləman ardından xoşagəlməz ifadə işlədib. A.Bəylərin yaxınları tiktokeri polisə şikayət edib.

"Cebhe.info"