Sədr müavini: “Arazın hər iki tayında bilinməlidir ki, erməni-fars rejimi...”

Sədr müavini: “Arazın hər iki tayında bilinməlidir ki, erməni-fars rejimi...”

“Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktından birbaşa fars-molla rejimidir. İran rejiminin məsuliyyət daşıdığı terror aktı birbaşa siyasi xarakter daşıyır”.

Cebhe.info xəbər verir ki, bunu Milli Cəbhə Partiyası (MCP) sədrinin birinci müavini Rafiq Daşdəmirli deyib.

Partiya yetkilisi əlavə edib ki, baş verənlər geosiyasi proseslər fonunda 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan nüfuzunun artdığını göstərir:

“Heç bir ölkə istəməz ki, onun səfirliyinə qarşı terror hadisəsi baş versin. Amma Vətən müharibəsindən sonra beş səfirliyimizə qarşı zorakılıq hadisələri baş verdi. Dünən dilimizi kəsənlər bu gün dinimizi kəsmək istəyirlər. Bir neçə ay əvvəldən İran rejiminin erməni daşnakları ilə birləşərək bizə qarşı terror aktının keçirilməsinə start veriblər. İranın heç vaxt Azərbaycanla münasibətləri bu qədər pis olmamışdı. İran açıq şəkildə bizə qarşı düşmənçilik mövqeyində dayanır.

Azərbaycan sərhədlərində hərbi təlimlər keçirməklə ölkəmizə qarşı təzyiq kampaniyası aparan, işğalçı Ermənistanla özünü qardaş adlandıran İran rəsmiləri anlamalı idilər ki, belə təxribatçı bəyanatların ardınca terror aktları da baş verə bilər. Nəticədə də baş verdi. İllərə nəzər salsaq görərik ki, İran rejimi hər zaman soydaşlarımıza qarşı ikili standartlardan istifadə edir, onlara qarşı soyqırım siyasəti həyata keçirir. Hətta böyük dövlət siyasəti olaraq Azərbaycan türklərinin yaşadığı Urmiya gölünü qurutmaqla ətrafdakı Güney Azərbaycan kəndlərinin başqa ərazilərə köçürülməsinə səbəb oldu. Səbəb odur ki, azərbaycanlılar dil, din, məktəb istəməsinlər. İran dövləti qanunlarına tabe olmur, Vyana Konvensiyasını pozur”.

O bildirib ki, terror aktı əvvəlcədən təşkil olunub:

“Əks halda İran rejimi terrorun qarşısını alardı, terrorçunu televiziyalara çıxarıb təbliğ etməzdi. Amma heç yerdə görünməyən hadisələr İranın çürümüş molla rejiminin əməllərində göründü. Bu əməllərinə və diğər haqsızlıqlarla görə İran hakimiyyəti cəzasını alacaq. Arazın o tayında da, bu tayında da bilinməlidir ki, erməni-fars rejimi bizim düşmənimizdir. Biz qalib ölkənin qalib vətəndaşları olaraq ölkəmizin gələcəyi uğrunda daha sıx birləşməli, yarımçıq işləri davam etdirməliyik”.

Cebhe.info