Bu müəllimlərin sertifikatlaşdırmada iştirakı könüllüdür

Bu müəllimlərin sertifikatlaşdırmada iştirakı könüllüdür

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununa əsasən, 60 və daha yuxarı yaşda olan müəllimlərin sertifikatlaşdırma imtahanında iştirakı könüllüdür.

"Cebhe.info" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşı Muxtar Hacıyev deyib. O bildirib ki, sentyabrın 15-dək 60 yaşı tamam olan təhsilverənlər prosesdə könüllü şəkildə iştirak edə bilərlər. Muxtar Babayev həmin müəllimlərin regional təhsil idarəsinə yaxınlaşaraq ərizə yazmaqla prosesdə iştirak edə biləcəklərini söyləyib.

"Cebhe.info"