İşsizlərin diqqətinə:3 024 boş yer var

İşsizlərin diqqətinə:3 024 boş yer var

2023-2024-cü tədris ili üçün müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə Bakı Şəhəri üzrə Təhsil İdarəsi  tərəfindən 3 024 vakansiya təqdim olunub.

“Cebhe.info” xəbər verir ki,  müsabiqələr nəticəsində tədris ili ərzində 2 769 nəfər işə qəbul olunub. 1 227 nəfər müddətsiz müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində, 1 245 nəfər müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində, 297 nəfər isə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul olunub. 

Həmçinin tədris ili ərzində ümumi təhsil müəssisələrində işə qəbul müsabiqəsi nəticəsində tutulmayan yerlər üzrə dərs saatlarının tədris edilməsi üçün digər məktəblərdən əvəzçilik qaydasında 494 ixtisaslı kadr dəvət edilib. 

130 nəfər müxtəlif vəzifələrə işə təyin edilib 

BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə işə qəbul üzrə əvvəlki illərdə keçirilmiş müvafiq imtahan və müsahibələrdə uğur qazanan 42 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini, 14 nəfər uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı, 4 nəfər psixoloq, 34 nəfər laborant, 4 nəfər kitabxanaçı, 2 nəfər kitabxana müdiri, 6 nəfər uşaq birliyi təşkilatı rəhbəri, 20 nəfər çağırışaqədərki hazırlıq rəhbəri və 4 nəfər təsərrüfat işləri üzrə direktor müavini tədris ili ərzində işə təyin edilib. 

142 nəfər işə qəbul hüququ qazanıb

Məktəbəqədər təhsil müəssisələrinə müdir və tərbiyəçi müəllim vəzifəsinə işə qəbul üzrə müsabiqələr keçirilib. Müsabiqələrin müsahibə mərhələlərində uğur qazanmış 14 nəfər müdir, 128 nəfər isə tərbiyəçi müəllim vəzifəsinə işə qəbul hüququ qazanıb. 

Məktəb idarəçiliyi 

2023-2024-cü tədris ili ərzində BŞTİ-nin tabeliyində olan bir sıra ümumi təhsil müəssisələrinə yeni direktor təyinatları həyata keçirilib, həmçinin bir neçə direktorun iş yeri dəyişdirilib. Belə ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinə 12 nəfər direktor vəzifəsinə təyin olunub, 2 direktorun iş yeri dəyişdirilib. Çalışmanın yaş həddinə çatmış 25 direktorla müddətli əmək müqaviləsi bağlanıb.
 
Nigar
“Cebhe.info”