“Azərbaycan Dəmir Yolları”ndan maşın hədiyyəsi ilə bağlı iddialara - CAVAB

“Azərbaycan Dəmir Yolları”ndan maşın hədiyyəsi ilə bağlı iddialara - CAVAB

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmovun qurumun üç xanım əməkdaşına avtomobil hədiyyə etməsi barədə məlumat yayılıb.

Məsələ ilə bağlı QSC rəsmi məlumat yayıb. Qurumdan "Cebhe.info"ya  daxil olan məlumata görə, “Azərbaycan Dəmir Yolları” tərəfindən qurumun departament rəhbərlərinə, müşavir və sədr müavinlərinə  xidməti istifadə üçün avtomobillər verilir:

“Qeyd olunan iddialar tam əsassızdır. “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən hər hansı bir əməkdaşa və ya kənar bir şəxsə avtomobil hədiyyə edilməyib. 

Qeyd etmək istəyirik ki, ADY-nin avtomobil parkı mütəmadi olaraq yenilənir, departament rəhbərləri və yuxarı rəhbərlik xidməti minik avtomobilləri ilə təmin edilir”.

Məlumat üçün bildirək ki, sözügedən xəbərdə 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində sədrin tapşırığı ilə bir neçə xanım əməkdaşa “Toyota Carolla” markalı avtomobillərin verildiyi iddia edilirdi./“Qafqazinfo”

"Cebhe.info"