XII sinfi 125 nəfər bitirib

XII sinfi 125 nəfər bitirib

2023-2024-cü tədris ilində yeni dövrün çağırışlarına əsaslanan, növbəti dövrlər üçün təhsilin məqsədi olaraq müəyyən edilən XXI əsrin tələblərinə uyğun təhsil mühitinin formalaşmasına nail olmaq üçün məqsədyönlü fəaliyyətlər həyata keçirilib.

“Cebhe.info" xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə, bu dövrdə məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi, səriştəəsaslı məzmunun tətbiq olunması, pedaqoji heyətin peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi, rəqəmsal səriştələrin artırılması və digər müvafiq istiqamətlərin hər biri əsas məqsədlər kimi diqqətdə saxlanılıb. 

Statistik məlumatlara görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində 691 təhsil müəssisəsi fəaliyyət göstərir. BŞTİ-nin tabeliyindəki məktəblərdə 505 389 şagirdin təlim-tərbiyəsi ilə 29 767 müəllim məşğul olub.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərini 42 070, IX siniflərini 43 664, XI siniflərini 28 993, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 125 nəfər bitirib.

 Nigar
“Cebhe.info”