Kimlərə ölkədən çıxış qadağan edildi?-SİYAHI

Bəzən xaricə üz tutarkən hava limanında və ya sərhəd- buraxılış məntəqəsində məlum olur ki, ölkəni tərk edə bilməzsiniz.
Yəni ölkədən çıxışa qadağa qoyulub. Bu vəziyyətlə üzləşən vətəndaşlar çoxdur. Səbəb kimi isə ya kredit borcu, ya da ödəmədiyi cərimə göstərilir.
Cebhe.info xəbər verir ki, vətəndaşın ölkədən çıxışına məhdudiyyət, yəni "stop" qoyulması Azərbaycan Respublikasının hüquqi aktlarının dövlət reyestri əsasında həyata keçirilir. Həmin qanunun 84.1- ci maddəsində göstərilir ki, işi məhkəmədə olan, vergi və kredit borcu olan, alimenti vaxtında ödəməyən, barəsində cinayət işi açılmış şəxslər, həmçinin axtarışda və hərbi xidmətdə olan şəxslərin ölkəni tərk etməsinə qadağa qoyula bilər. Hüquqşünas Nicat Ələkbərzadə yerli kanallardan birinə verdiyi müsahibəsində bildirib ki, şəxs borcunu ödəmirsə, məhkəmənin qərarı qəbul olunubsa, bu halda onun ölkəyə giriş-çıxış hüququ məhdudlaşdırıla bilər:
"Şəxs məhkəmə qərarı ilə kiməsə nəyisə verməli olduğu halda qərar icra olunur. Bu, borc olmaya bilər, məsələn, mənzildən çıxarılma və s. ola bilər. ümumiyyətlə, mülki xarakterli işlərdə şəxsin ölkədən çıxışı məhdudlaşdırıla bilər. Eyni zamanda, şəxs şübhəli şəxs qismində itintaqa cəlb olunubsa, bu halda da məhdudlaşdırılma ola bilər. Ölkədən çıxışa qadağanın qoyulması üçün isə məhkəmənin qərarı olmalıdır. Əgər şəxsin məlumatı olmadan onun ölkədən çıxışı məhdudlaşdırılırsa, artıq məhkəmə qərarı ilə aydınlaşdırılıb, silinə bilər".
Bəzən banklara kredit borcu olanların ölkədən çıxışına qadağa qoyulduğu deyilsə də, məhkəmənin "stop" qərarı olmadan bu mümkün deyil.
Qeyd edilir ki, banklarda belə hallar olur və bu qanunsuzdur. Bunu üçün konket olaraq məhkəmə qərarı olmalıdır.
Şəlalə Babayeva
Cebhe.info