Dövlət bir bəstəkara 36 min, həkimə 32 min, jurnalistə 9600 manat xərc çəkir - SİYAHI

Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və əsas (baza ali) tibb təhsili səviyyələrində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı müəyyənləşib.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
“Cebheinfo.az” xəbər verir ki, qərara əsasən, bakalavriat üzrə hər bir təhsilalana düşən 4 illik ən yüksək təhsil haqqı isə belədir:
*Dekorativ-tətbiqi sənət (sahələr üzrə) illik 7 000- ümumi 28 000 AZN*Dirijor(sahələr üzrə) illik 9000, 4 illik-36 000 AZN
*İnstrumental ifaçılıq illik 9.000, 4 illik 36 000 AZN
*Bəstəkarlıq illik 9000, 4 illik 36000 AZN
*Heykəltaraşlıq illik 7000, 4 illik 28000 AZN
*Musiqişünaslıq illk illik 8200, 4 illik 32800 AZN
*Populyar musiqi və caz ifaçılığı illik 5000, 4 illik 20000 AZN
*Qrafika illik 7000, 4 illik 28000
*Rəngkarlıq illik 7000, 4 illik 28000 AZN
*Vokal sənəti illik 9000, 4 illik 36000
*Fizioterapiya və tibbi reabilitasiya illik 6000, 4 illik 24000 AZN
*Tibb bacısı işi illik 6000, 4 illik 24000 AZN
*Hərbi tibb illik 8000, 4 illik 32000
*Hərbi həkim işi illik 8000, 4 illlik 32000 AZN
*Müalicə işi illik 8000, 4 illik 32000 AZN
*İctimai səhiyyə illik 5700, 4 illik 22800 AZN
*Qidalanma və diyetologiya illik 5700, 4 illik 22800
*Stomotologiya illik 7000, 4 illik 28000 AZN
*Tibbi profilaktika illik 6000, 4 illik 24000 AZN
*Tibb illik 8000, 4 illik 32000 AZN.
Digər ixtisaslar üzrə illik qiymətlər 2100-2400 arasında dəyişir. Bu hesabla bir jurnalstin hazırlanmasına illik 2400, 4 illik isə 9600 AZN xərc çəkilir.
Nigar Abdullayeva
“Cebheinfo.az”