Güclü külək əsir

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən "Cebheinfo.az"a verilən məlumata əsasən, hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir 28 m/s-yə çatıb.
Müşahidə olunan güclü şimal-qərb küləyi günün ikinci yarısından qısa müddətə zəifləyəcək. Aprelin 10-da küləyin sürəti yenidən güclənərək gecə 15-20 m/s, gündüz saatlarından isə arabir 23-28 m/s-yə çatacaq.
"Cebheinfo.az"