Bu il I qrupda Rİ altqrupu üzrə ayrıca imtahan keçirilməyəcək

Bu il I qrupda Rİ altqrupu üzrə ayrıca imtahan keçirilməyəcək

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdinin keçirilmə tarixlərini elan edib.

"Cebheinfo.az" xəbər verir ki, ötən ildən fərqli olaraq DİM-in buliki məlumatında I ixtisas qrupu üzrə Rİ (riyaziyyat-informatika) alqrupu üzrə ayrıca imtahan nəzərdə tutulmayıb.

DİM bildirib ki, I ixtisas qrupu üzrə həm Rİ (riyaziyyat-informatika), həm də RK (riyaziyyat-kimya) altqrupu üzrə imtahan vermək istəyən abituriyentlər I cəhddə bir, II cəhdində isə digər altqrupu seçə bilərlər. Abituriyentlər istəklərindən asılı olaraq hər iki cəhddə eyni altqrup üzrə də iştirak edə bilərlər.

Məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov DİM-in bu addınını tənqdi edib.

“DİM deyir ki, bu il I qruplarda I cəhddə informatika imtahanını ayrı vermək mumkun olmayacaq.

Niyə? Çünki abituriyentlər məcbur olub II cəhd imtahanında iştirak etsinlər, xidmət haqqı ödəsinlər.

Əvvəlki illərdə abituriyentlərin böyük əksəriyyəti elə I cəhddə hər iki alt qrupu seçməklə qəbul imtahanı ilə işlərini bitirirdilər.

III ixtisas qrupuna yaradılan şərait niyə I ixtisas qrupuna yaradılmır? Çünki II cəhddə I ixtisas qrupuna az abituriyent gedirdi.

Bəli, Dövlət İmtahan Mərkəzi öz maddi maraqlarına görə abituriyentlərin hüququnu tapdayır”, - K Əsədov deyib.

"Cebheinfo.az"