Astarada 48 yaşlı kişinin meyiti tapıldı

Astarada 48 yaşlı kişinin meyiti tapıldı

Astarada evdən kişi meyiti tapılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Astara şəhərində mənzillərin birində qeydə alınıb.

Belə ki, 1977-ci il təvəllüdlü Nizami Vidadi oğlu Kərimovun meyiti yaşadığı mənzildə asılı vəziyyətdə aşkarlanıb.

İlkin məlumata görə, 3 qız, 1 oğul atası olan Nizami Kərimovun özünü asaraq intihar etdiyi bildirilir.

Qeyd edək ki, N. Kərimov sakini olduğu rayonda bərbər kimi fəaliyyət göstərib.

"Cebheinfo.az"