Vətəndaşlara peyvənd neçə dəfə vurulacaq? – AÇIQLAMA

Həmsərhəd ölkələrdən 2023-cü ilin aprel ayından başlayaraq gətirilmə qızılca hadisələri ilə əlaqəli olaraq, əhali arasında xəstəliyin sporadik yayılma halları qeydə alınıb.
Səhiyyə Nazirliyindən bildirilib ki, ötən dövr ərzində ölkə ərazisində 284 qızılca hadisəsi qeydə alınıb.
TƏBİB-dən Cebhe.info-ya verilən məlumata görə, epidemioloji vəziyyətlə əlaqədar olaraq ölkə ərazisində orta və yaşlı əhalinin qızılça əleyhinə peyvəndi tətbiq olunacaq:
"Peyvənd 1 dəfə vurulacaq. İlk növbədə peyvənd risk qrupuna aid olan insanlara, könüllü müraciət edən şəxslərə vurulacaq. Peyvəndin vurulması zamanı istehsalçının təlimatı və tibbi əks-göstərişlər nəzərə alınmalıdır. Peyvənd vətəndaşların qeydiyyatda olduğu ərazi üzrə tibb müəssisələrində (poliklinikalarda) könüllü şəkildə vurulacaq”.
Ləman İsmayıl
Cebhe.info