Xərçəngin 4 əlaməti: Hiss etdiyiniz an həkimə gedin

Xərçəngin 4 əlaməti: Hiss etdiyiniz an həkimə gedin

Xərçəng bədxassəli hüceyrələrin nəzarətsiz bölünməsinə səbəb olan təhlükəli xəstəlikdir.

Simptomların erkən aşkarlanması onun müalicə prosesinin effektivliyi üçün çox vacibdir, çünki xərçəng adətən erkən mərhələlərində uğurla müalicə olunur.

Cebhe.info xəbər verir ki, Kaliforniya Universitetinin müəxəssisləri xərçəng yaradan digər xəstəliklərin əsas dörd əlamətinin olduğunu bildiriblər. Bu xəstəlik xroniki hala gəlsə, yəni iki həftədən çox davam edərsə və ya daimidirsə, ciddi qəbul edilməlidir.

Söhbət xroniki öskürək, xroniki baş ağrısı, daimi ağrı və daimi yorğunluqdan gedir.

Öskürək

Həkimlər deyirlər ki, iki həftədən çox davam edən, xüsusilə quru öskürək ağciyər xərçənginin əlaməti ola bilər.

Baş ağrısı

İki həftədən çox davam edən və adi dərmanlara cavab verməyən baş ağrısına beyin şişi səbəb ola bilər.

Ağrı

Bədənin hər hansı bir yerində heç bir aydın səbəbi olmayan və standart müalicəyə cavab verməyən davamlı ağrı ya birinci dərəcəli şişi, ya da metastazları göstərə bilər.

Yorğunluq

Normal yuxu və istirahətdən sonra belə getməyən daimi yorğunluq lösemi, limfoma və əslində hər hansı bir xərçəng növünün əlaməti ola bilər. Onkologiya elmi sübut edib ki, yorğunluq, şiş əmələ gətirən maddələrin təsiri nəticəsində baş verir.

Bütün bu əlamətlər həm birlikdə, həm də ayrı-ayrılıqda, şəxsin xərçəng olduğunu mütləq şəkildə göstərmir, lakin hər halda həkimlər dərhal müayinəni vacib hesab edirlər.

Diqqət edilməli olan digər potensial xərçəng əlamətləri bunlardır:

Hər hansı qanaxma
Şişkinlik
Döşdə dəyişiklik
Yuxu problemi
Daimi qançırlar
Tez-tez infeksiyalara yoluxmaq
Ağız boşluğunda dəyişiklik
Postmenopozal qanaxma
Qarın ağrısı və ya ürəkbulanma
Səbəbsiz kilo itkisi
Xüsusilə gecələr çox tərləmə.

Xəzər
Cebhe.info