ABŞ-İran danışıqları: İkinci raund harada keçiriləcək?

ABŞ-İran danışıqları: İkinci raund harada keçiriləcək?

İran daha əvvəl aprelin 19-da Omanda baş tutacağı gözlənilən ABŞ ilə dolayı danışıqların ikinci mərhələsinin İtaliyanın paytaxtı Romada keçiriləcəyini açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, ABŞ ilə danışıqların ikinci mərhələsi Romada nəzərdə tutulub.

Bildirilib ki, Oman birinci mərhələdə olduğu kimi danışıqlarda vasitəçilik fəaliyyətini davam etdirəcək.

Nigar Hacılı 
"Cebheinfo.az"