Avropadan Serbiyaya xəbərdarlıq

Avropa Komissiyası 9 Mayda Moskvada keçiriləcək paradla bağlı Serbiyaya xatırladıb ki, Avropa İttifaqına namizəd ölkə kimi, o, ittifaqın xarici siyasətinə uyğun davranmalıdır.
"Cebheinfo.az" xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının nümayəndəsi Giyom Mersye bildirib.
“O, aydındır ki, biz bu səfərin mümkün nəticələri barədə fərziyyələr irəli sürməyəcəyik. Amma onu deyə bilərəm ki, Serbiya Aİ-yə üzv olmaq üçün müraciət edib və bu istiqamətdə danışıqlar aparır.
Serbiyanın bu qərarı o deməkdir ki, ölkə Avropa İttifaqına, o cümlədən xarici siyasət baxımından da qoşulmalıdır. Bu mənada Aİ Serbiyanı ümumi prinsipləri, dəyərləri, təhlükəsizliyi və rifahı nəzərə alan etibarlı Avropa tərəfdaşı kimi görmək istəyir.Bizə lazımdır ki, Serbiya bu strateji mövqeyini bir daha təsdiqləsin”, – deyə Mersye jurnalistlərin Serbiya Prezidenti Aleksandr Vuçiçin Moskvadakı bayram tədbirlərində iştirakı halında hansı nəticələrin ola biləcəyi ilə bağlı sualını cavablandırarkən bildirib.
Səbinə Uğur
"Cebheinfo.az"