Əl-Şaraanı sammitə dəvət etdi

Əl-Şaraanı sammitə dəvət etdi

İraqın Baş naziri Məhəmməd əs-Sudani Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl-Şaraanı Bağdadda keçiriləcək ərəb dövlətlərinin liderlərinin sammitinə dəvət edib. 

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Əs-Sudani Süleymaniyə şəhərində çıxışı zamanı açıqlayıb. 

Onun sözlərinə görə, Əl-Şaraaya mayın 17-də keçirilməsi planlaşdırılan sammitdə iştiraka dair rəsmi dəvət göndərib.

"Cebheinfo.az"