Fransadakı rusiyalı iş adamının villası ələ keçirildi

Fransadakı rusiyalı iş adamının villası ələ keçirildi

Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib ki, Fransa hakimiyyəti Rusiya vətəndaşlarının əmlakını ələ keçirməklə öz hüquq sisteminin əsaslarını pozur.

"Cebhe.info" bu barədə "TASS"a istinadən xəbər verir. 

"Xüsusi mülkiyyətə hər hansı təcavüz qanun pozuntusudur və qeyri-qanunidir. Fransa hakimiyyəti bu şəkildə hərəkət etməklə öz hüquq sisteminin əsaslarını sarsıdır", - deyə Peskov Fransa mətbuatında Fransada rusiyalı iş adamına məxsus villanın ələ keçirilməsi barədə yayılan xəbərləri şərh edib.

Peskov vurğulayıb ki, Moskva artıq bu məsələ ilə bağlı mövqeyini açıq şəkildə bəyan edib.

Bu məsələ ilə bağlı əlavə şərh verməkdən imtina edən Peskov “Rusiya vətəndaşlarının şəxsi mülkiyyəti ilə bağlı məsələlər tamamilə Kremlin səlahiyyətinə aid olmadığını” deyib.

Nigar Hacılı 
"Cebhe.info"