Jurnalistə Laçında vəzifə verildi

Jurnalistə Laçında vəzifə verildi

Laçın rayonuna köçən jurnalist Yeganə Quliyevaya vəzifə verilib.

"Cebhe.info" xəbər verir ki, bu barədə jurnalist özü məlumat verib.

Bildirib ki, o Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətində İctimaiyyətlə əlaqələr şöbəsinin böyük məsləhətçisi vəzifəsinə təyinat alıb. Y. Quliyeva artıq işinin icrasına başlayıb.

Xatırladaq ki, Y.Quliyeva Laçın rayonunda doğulub. 1992-ci ildə Laçın işğal olunandan sonra ailəsi ilə birlikdə Bakıda məskunlaşmışdı. Y. Quliyeva bir sıra aparıcı media qurumlarında çalışıb. O, "Cebhe.info" xəbər portalı və "Cümhuriyət" qəzetinin də əməkdaşı olub. 

"Cebhe.info"