Hakan Fidan: “Münaqişənin tezliklə bitəcəyinə dair işarələr var”

“Türkiyə rəhbərliyi Ukrayna münaqişəsinin tezliklə bitəcəyinə dair işarələr görür”.
“Cebheinfo.az” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
“Açığını deyim ki, Ukraynadakı müharibəyə gəldikdə, biz onun sona çatmasının əlamətlərini görürük”, -deyə o, Qətərin “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib. "Hansı şərtlərlə, atəşkəs necə əldə olunacaq - bütün bunlar müzakirə olunur", - deyə Türkiyə XİN rəhbəri əlavə edib.
Xəzər
“Cebheinfo.az”