II Ramzesın 3400 yaşı olan heykəli vətənə qaytarılıb

II Ramzesın 3400 yaşı olan heykəli vətənə qaytarılıb

Misirdən 30 ildən çox əvvəl oğurlanaraq ölkədən qaçaqmalçılıq yolu ilə çıxarılan II Ramzesin başını təsvir edən 3400 yaşlı heykəl geri qaytarılıb. Bu barədə ölkənin Turizm və Qədim Əsərlər Nazirliyi bildirib.

Modern.az xəbər verir ki, hazırda heykəl Qahirədəki Misir Muzeyindədir, lakin hələ ictimaiyyətə nümayiş etdirilmir. Nazirliyin açıqlamasında qeyd edilir ki, artefakt bərpa edildikdən sonra ictimaiyyətə təqdim olunacaq.

Heykəl Misirin cənubundakı qədim Abidos şəhərində II Ramzesin məbədindən gizli şəkildə çıxarılıb. Dəqiq tarix məlum deyil, lakin Misirin Antik Əşyalarin Repatriasiyası departamentinin rəhbəri Şaaban Abdel Qavad bildirib ki, artefaktın 1980-ci illərin sonu və ya 1990-cı illərin əvvəllərində oğurlandığı təxmin edilir.

Misir səlahiyyətliləri artefaktı 2013-cü ildə Londonda satışa çıxarıldığı zaman aşkar ediblər. Qədim Əsərlər Nazirliyinin məlumatına görə, o, İsveçə gəldiyindən öncə bir neçə digər ölkədə olub.

“Bu baş Misir tanrılarının yanında əyləşən II Ramzesi təsvir edən heykəllər qrupunun bir hissəsidir”, - deyə Abdel Qavad bildirib.

II Ramzes Qədim Misirin ən qüdrətli fironlarından biridir. Dahi Ramzes kimi də tanınan bu hökmdar Misirin on doqquzuncu sülaləsinin üçüncü fironu olub və eramızdan əvvəl 1279-1213-cü illərdə hökmranlıq edib.

Misir İsveçrə səlahiyyətliləri ilə əməkdaşlıq edib ki, qanuni mülkiyyət hüququnu bərqərar etsin. İsveçrə heykəli Misirin Berndəki səfirliyinə ötən il təhvil verib, lakin artefakt yalnız bu yaxınlarda vətənə qaytarılıb.

"Cebhe.info"