İran ABŞ ilə danışıqlar üçün şərtini açıqladı

İran ABŞ ilə danışıqlar üçün şərtini açıqladı

İranın xarici işlər naziri Abbas Ərakçi ölkəsinin nüvə proqramı ilə bağlı narahatlıqları aradan qaldırmaq üçün ABŞ ilə etimad yaratmağa açıq olduğunu, lakin uranı zənginləşdirmək hüququndan güzəştə getməyəcəyini bildirib.

"Cebheinfo.az" xəbər verir ki, nazir paytaxt Tehranda keçirilən kabinet iclasından sonra açıqlama verib.Ərakçi ABŞ ilə danışıqlara gəlincə, "Təzyiq altında heç nə əldə oluna bilməz və danışıqlar yalnız qarşılıqlı hörmətlə irəliləyə bilər" deyib.

İranın nüvə proqramı ilə bağlı Vaşinqton administrasiyasından gələn fərqli açıqlamalara işarə edən Ərakçi, "Mümkün narahatlıqlara cavab olaraq etimad yaratmağa hazırıq, lakin zənginləşdirmə prinsipi danışıqlara açıq deyil" deyib.

Digər tərəfdən Ərakçi cümə günü Rusiyaya səfəri zamanı İran lideri Ayətullah Əli Xameneyinin məktubunu Rusiya Prezidenti Vladimir Putinə çatdıracağını bildirib.

Nigar Hacılı 
"Cebheinfo.az"