3 ölkənin nazirinin üçtərəfli görüşü başlayıb - YENİLƏNİB

3 ölkənin nazirinin üçtərəfli görüşü başlayıb - YENİLƏNİB

İran, İraq və Suriya xarici işlər nazirlərinin Suriya və regiondakı hadisələrlə bağlı Bağdadda üçtərəfli görüşü başlayıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.

***

13:05

Bu gün günortadan sonra Bağdadda İran, İraq və Suriya xarici işlər nazirləri arasında üçtərəfli görüş keçiriləcək.

Bu barədə Bağdadda səfərdə olan İran xarici işlər naziri Abbas Araqçi jurnalistlərə açıqlamasında bildirib.

Nazir deyib ki, görüşdə Suriyadakı vəziyyətlə bağlı mühüm müzakirələr aparılacaq.

"Cebheinfo.az"