İrəvan delimitasiya ilə bağlı Azərbaycana yazılı təkliflər göndərib

İrəvan delimitasiya ilə bağlı Azərbaycana yazılı təkliflər göndərib

“Mən delimitasiya prosesinin dalana dirəndiyinə inanmıram. Ermənistan Azərbaycana sərhədlərin delimitasiyası prosesinin davam etdirilməsi ilə bağlı yazılı təkliflər təqdim edib”.

“Cebheinfo.az” xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan parlamentdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Biz bu prosesin davam etdirilməsinin məntiqi və konkret istiqaməti ilə bağlı Azərbaycana yazılı təkliflər vermişik. Hazırda onların cavabını gözləyirik", - o qeyd edib.

Paşinyanın sözlərinə görə, təkliflər həm delimitasiyaya yanaşmalara, həm də işin davam etdirilməsi təklif olunan konkret sahələrə aiddir. İlkin razılığa əsasən, tərəflər şimaldan cənuba - Ermənistan, Azərbaycan və Gürcüstan sərhədlərinin təmas nöqtəsindən İran sərhədinə doğru hərəkət etməyi planlaşdırırlar. Erməni tərəfi növbəti mərhələnin hansı səhədə  başlaya biləcəyini göstərib.

Baş nazir prosesi dalana dirənmiş hesab etmədiyini vurğulayıb və hakimiyyətin bu istiqamətdə ardıcıl addımlar atacağına əmin edib.

Bundan əvvəl Baş nazirin müavini Mher Qriqoryan bildirmişdi ki, delimitasiyanın ikinci mərhələsi başlamazdan əvvəl Ermənistan və Azərbaycanın dövlətlərarası komissiyalarının yeni iclası planlaşdırılır.

Xatırladaq ki, 2025-ci il yanvarın 16-da Baş nazirin müavinləri Mher Qriqoryan və Şahin Mustafayevin rəhbərlik etdiyi komissiyaların növbəti iclasının yekunlarına əsasən, tərəflər sərhədin şimal hissəsindən - Ermənistan, Azərbaycan və Gürcüstan sərhədlərinin qovşağından Ermənistanın cənub, I sərhədinə doğru irəliləyişlə bir sıra delimitasiya işlərinə başlamaq barədə razılığa gəliblər.

Xəzər
“Cebheinfoa.az”