İspaniyadan İsrailə AĞIR ZƏRBƏ

İspaniya parlamenti İsrailə silah embarqosunun tətbiqi ilə bağlı tövsiyə qəbul edib.
"Cebheinfo.az" xəbər verir ki, ana müxalifətdəki sağçı Xalq Partiyası (PP) və ifrat sağçı “VOX” Partiyasından başqa bütün siyasi partiyalar koalisiya hökumətinin kiçik tərəfdaşı Sumar alyansı və müxalif Podemos və Kataloniyanın Respublikaçı Sol (ERC) partiyalarının irəli sürdüyü təklifə “hə” səsi verib.
Səsvermədə 347 deputat iştirak edib. 176 “hə” və 171 “xeyr” səsi ilə qəbul edilən qərarı bəzi deputatlar ayağa qalxaraq alqışlayıblar.Parlamentin qəbul etdiyi və hökumətdən hərəkətə keçməsini tələb edən tövsiyəyə əsasən, Fələstin xalqına qarşı hücumlarında İsrail ordusunu gücləndirəcək hər hansı resursların, dəbilqə, jilet kimi texnikanın, hətta hərbi məqsədlər üçün istifadə edilən yanacağın qadağan edilməsi təklif edilib.
Təklif İspaniyada xarici ticarət qanununa İsraildə olduğu kimi soyqırım və ya insanlığa qarşı cinayətlərdə iştirak edən və ya bu cinayətlərdə iştirak edən dövlətlərlə hərbi müqavilələri qadağan etmək üçün düzəlişlər edilməsini tələb edir.
Sumar alyansının parlament sözçüsü Veronika Martinez, "İspaniya soyqırım və ya müharibə cinayəti törədən heç bir dövlətlə əməkdaşlıq edə bilməz və hazırkı vəziyyətdə Qəzzada soyqırım törədən İsrailin silah sənayesinə dəstək verilməməlidir" deyib.
Nigar Hacılı
"Cebheinfo.az