KİV: Mask gözlənilmədən Çinə səfərə gedib

KİV: Mask gözlənilmədən Çinə səfərə gedib

Amerikalı sahibkar və milyarder İlon Mask bu gün Çinə səfərə gedib.

Bu barədə “Reuters” vəziyyətə yaxın olan iki şəxsə istinadən məlumat yayıb.

Agentlik bildirib ki, “Tesla”nın baş direktorunun “elektromobil istehsalçısı üçün ikinci ən böyük bazara” səfəri öncədən planlaşdırılmamışdı. Mask ölkəyə tam avtonom avtomobillər üçün proqram təminatının təqdim edilməsini nəzərdən keçirmək məqsədilə yüksək səviyyəli Çin rəsmiləri ilə görüşməyi planlaşdırır.

Bundan başqa, iş adamı Çində toplanmış verilənlərin xaricə ötürülməsi üçün icazə almağı gözdən keçirir. Bu, avtonom sürücülük alqoritmlərini öyrətmək üçün lazımdır.

"Cebhe.info"