Klinikada partlayış: FTB "terror" dedi

Klinikada partlayış: FTB "terror" dedi

ABŞ-nin Kaliforniya ştatının Palm-Sprinqs şəhərində reproduktiv sağlamlıq klinikasının yaxınlığında baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

"Cebheinfo.az" xəbər verir ki, Federal Təhqiqatlar Bürosu (FTB) hadisəni "qəsdən planlaşdırılmış terror aktı" elan edib.

Palm Sprinqs polis rəisi Endi Mills partlayışın ətrafdakı binalara və klinikaya ciddi ziyan vurduğunu, bir neçə küçənin şüşələrini sındırdığını deyib.

FTB Los -Ancelos Sahə Ofisinin direktor müavini Akil Davis "Bu, qəsdən törədilmiş terror aktıdır" deyərək partlayışın mənbəyinin araşdırıldığını bildirib.

Davis klinikanın xüsusi olaraq hədəf alındığına inandıqlarını deyib. O qeyd edib ki, bu, Cənubi Kaliforniyada indiyə qədər apardıqları ən böyük bomba araşdırmalarından biridir.

Nigar Hacılı 
"Cebheinfo.az"