Köçəryanın oğlu ilə spiker arasında QALMAQAL: “Səni tribunadan ataram”

Köçəryanın oğlu ilə spiker arasında QALMAQAL: “Səni tribunadan ataram”

“Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu, müxalif “Ermənistan” blokundan olan deputat Levon Köçəryanın davranışının siyasi nəticələri olacaq". 

“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə belə deyib.

“Cənab Köçəryanın kiçik oğlunun özünə rəva gördüyü şeyin siyasi nəticələri olmalıdır və olacaq. Heç kimin buna şübhəsi olmasın”, - deyə Simonyan bildirib. 

Spiker Levon Köçəryanın onu parlament tribunasından atmaqla hədələməsinə də cavab verib.

“Biz əvvəlcə onun kim olduğunu başa düşməliyik. Hər şeydən əvvəl məşhur müğənninin əri və seçilməmiş dövlət başçısının, qatilin oğludur. Ümumiyyətlə, o kimdir axı, başa düşmək istəyirəm?! O kimdir? O, heç kimdir. Onun ən böyük şəxsi uğuru tanınmış müğənninin əri olmasıdır”, - deyə parlamentin sədri əlavə edib.

Simonyan etiraf edib ki, özünün çoxlu kəskin çıxışları və bəyanatları olub. Lakin o, heç vaxt xətti keçməyib. 

Müşfiq Abdulla 
Cebheinfo.az”