Maskdan Trampa sətiraltı MESAJ

ABŞ hökumətinin fəaliyyətinin səmərəliliyinin artırılmasına nəzarət edən qurumun (DOGE) kuratoru İlon Mask Donald Trampın yenidən prezident seçilməsi ehtimalı ilə bağlı danışarkən “öncədən düşünməyə” çağırıb.
"Cebheinfo.az" xəbər verir ki, Mask "X" platformasında paylaşımında yazı: "Öncədən düşünün!”
Paylaşımda “Tramp 2032” yazılmış beysbol papağının şəkli də yer alıb. Xatırladaq ki, 22 aprel tarixində "Reuters" üçün “Ipsos” şirkəti tərəfindən keçirilmiş sorğular seriyası göstərib ki, respondentlərin təxminən üçdə üçü yəni əksəriyyəti Trampın 2028-ci ildə üçüncü dəfə prezidentliyə namizəd olmasını istəmir.
Bundan əvvəl Tramp "NBC News"-a verdiyi şərhdə üçüncü müddətə namizədliyini irəli sürmək ehtimalından danışarkən “zarafat etmədiyini” bildirmişdi. Lakin daha sonra Ağ Evin mətbuat xidməti bu məsələni hələ müzakirə etmək istəmədiyini açıqlayıb.
Səbinə Uğur
"Cebheinfo.az"